×
A
A
A
Sazlamalar

Bu il qlobal neft tələbatının sutkada 1,2 milyon barrel artacağı gözlənilir

Bakı, 13 iyun, AZƏRTAC

ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) cari ildə qlobal neft tələbatının gündəlik 1,2 milyon barrel artacağını gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə EIA-nın iyun hesabatında deyilir.
Administrasiya may ayı üzrə hesabatında qlobal neft tələbatının cari ildə sutkalıq 1,4 milyon barrel çoxalacağını nəzərdə tuturdu.

Neft - qaz 2019-06-13 13:01:00