×
A
A
A
Sazlamalar

Belarus şirkəti Azərbaycan müəssisələri ilə əməkdaşlıq qurmaq niyyətindədir

Bakı, 13 iyun, AZƏRTAC

Bakı Sərgi Mərkəzində keçirilən XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “TransCaspian 2019” və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic 2019” sərgilərində məhsullarını nümayiş etdirən şirkətlərdən biri də Belarusun "Belomo" holdinqidir.
AZƏRTAC-a müsahibəsində holdinqin Marketinq və satış şöbəsinin müdiri İlya Qenin bildirib ki, təmsil etdiyi şirkət əsasən optik lazer, elektron və mexaniki cihaz və sistemlərinin istehsalı üzrə ixtisaslaşıb. Bu cihaz və sistemlər, həmçinin hərbi təyinatlıdır. Bundan başqa, holdinqin nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən ağırtonnajlı yük maşınları üçün ehtiyat hissələri də hazırlanır.
“Ümumilikdə holdinq Rusiya, ABŞ, Kanada, İspaniya, Özbəkistan, Qazaxıstan olmaqla 32 ölkə ilə əməkdaşlıq edir. Azərbaycanın müvafiq müəssisələri ilə də əməkdaşlıq qurmaq niyyətindəyik. Artıq bəzi qurumlarla müəyyən razılıq əldə olunub”, - deyə İ.Qenin əlavə edib.

Sərgilər 2019-06-13 12:08:00