Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bolqarıstan Avropa İttifaqında ÜDM artmasına görə beşinci yerdədir

Sofiya, 13 iyun, AZƏRTAC

Avropanın Statistika Agentliyinin məlumatına əsasən, Bolqarıstan 28 Avropa İttifaqı ölkələri arasında ÜDM artımına görə beşinci yerdədir.
Belə ki, cari ilin birinci yarısında Bolqarıstanda ÜDM keçən illə nisbətdə 1,2 faiz artıb. Birinci yeri Xorvatiya 1,8 faizlə, ikinci yeri Macarıstan və Polşa 1,5 faiz və Rumıniya 1,3 faizlə tutub.
Ümumiyyətlə Avropa İttifaqı ölkələrində ÜDM 0,5 faizdən 1,5 faizə qədər artıb.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya

Dünya 2019-06-13 00:24:00