Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Misirdə ağır yol-nəqliyyat hadisəsi nəticəsində 14 nəfər həlak olub

Qahirə, 12 iyun, AZƏRTAC

Qahirə ətrafında içərisində sərnişinlər olan iki mikroavtobusun toqquşması nəticəsində 14 nəfər həlak olub, 10 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, Misir Səhiyyə Nazirliyinin bəyanatında belə deyilir.
Yol-nəqliyyat hadisəsi Helvan rayonu yolunda baş verib. Hadisə yerinə 12 təcili yardım maşını cəlb olunub. Zərərçəkənlərin hamısı yaxınlıqdakı hospitallara çatdırılıb.

Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2019-06-12 20:58:00