Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş türkiyəli hərbçilər üçün mədəni-kütləvi tədbirlər keçirilib

Bakı, 12 iyun, AZƏRTAC 

“Sarsılmaz qardaşlıq-2019” təlimində iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının mənalı istirahətləri üçün mədəni-kütləvi tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni yerləri və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olublar.
Türkiyəli hərbçilər gəzinti çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində şəxsi heyətin sosial-məişət şəraiti, silah və texnikaları ilə tanış olub, hərbi hissənin Təlim-Tədris Mərkəzində ordu quruculuğundan bəhs edən sənədli filmə baxıblar.
Qonaqlar hərbçilərimizlə birlikdə nahar ediblər.

Ordu 2019-06-12 20:36:00