Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Alpaqut üzrə açıq birinciliyin qalibləri müəyyənləşib

Bakı, 12 iyun, AZƏRTAC

Qazax rayonunda 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş alpaqut üzrə açıq birincilik keçirilib.
Azərbaycan Alpaqut Federasiyasından AZƏRTAC-a verilən məlumata görə turnir alpaqutun qurşaq və caymaz sistemləri üzrə keçirilib. Caymaz yarışında Yevlax, Kəlbəcər və Tovuz alpaqutçuları ilk üç yeri tutublar. Qurşaq sistemi üzrə isə Qazax, Şəmkir və Ağstafa komandaları fərqləniblər.
Turnirdə Qazax, Ağstafa, Tovuz, Şəmkir, Yevlax, Kəlbəcərdən 120 idmançı mübarizə aparıb.

İdman 2019-06-12 20:26:00