Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Təhsil Liqası”na yekun vurulub

Bakı, 12 iyun, AZƏRTAC

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə U-8 və U-9 futbol komandaları arasında yarışların final oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı şəhəri 248 və 267 nömrəli tam orta məktəblərdə keçirilən yarışlarda U-8 liqası üzrə birinci yerə “Keşlə” futbol klubunun komandası layiq görülüb. İkinci yeri “Sabah” klubunun, üçüncü yeri isə “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandaları tutublar.
U-9 liqası üzrə yarışın qalibi isə “Sabah” klubunun komandası olub. Sonrakı iki yerə “Vətən” İdman Liseyinin və “Keşlə” klubunun təmsilçiləri layiq görülüblər.
Qaliblər diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif olunublar.
Liqaların keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılmasından ibarətdir.

İdman 2019-06-12 20:21:00