Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ümumdünya Gömrük Təşkilatının Baş katibi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bakı, 12 iyun, AZƏRTAC

Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisində iştirak edən ÜGT-nin Baş katibi Kunio Mikuriya iyunun 12-də Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Cəmiyyət 2019-06-12 19:41:00