Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan voleybolçuları Gümüş Avropa Liqasında ikinci qələbəni qazanıblar

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Gümüş Avropa Liqasında 5-ci turun oyunlarını keçirib.
AZƏRTAC xəbər verir ki, voleybolçularımız doğma meydanda Gürcüstan yığması ilə mübarizə aparıblar. Qarşılaşma Azərbaycan komandasının aşkar üstünlüyü ilə keçib. Fərid Cəlalovun yetirmələri 3:0 hesablı qələbə qazanıblar. Komandamız ikinci qələbəsini əldə etməklə xalların sayını 6-ya çatdırıb. Gürcüstan isə xalsız qalıb.
Qeyd edək ki, Rumıniya 12, Danimarka isə 9 xala malikdir.

İdman 2019-06-12 19:35:00