Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bu gün Rusiyada dövlət bayramı qeyd olunur

Moskva, 12 iyun, AZƏRTAC

İyunun 12-də Rusiya Federasiyasında dövlət bayramı – Rusiya Günü qeyd olunur.
AZƏRTAC xəbər verir ki, 1990-cı il iyunun 12-də Rusiya Sovet Federativ Sosialist Respublikasının (RSFSR) dövlət suverenliyi haqqında Bəyannamə qəbul edilib. Bəyannaməni RSFSR Ali Şurasının sədri Boris Yeltsin imzalamışdı.
Ölkənin birinci Prezidenti Boris Yeltsinin 1994-cü il tarixli Fərmanı ilə iyunun 12-i ölkədə bayram elan edilib. İyunun 12-də Rusiyanın bütün ərazisində qeyri-iş günüdür. Həmin gün Rusiyanın şəhər və regionlarında bayram şənlikləri, idman tədbirləri keçirilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2019-06-12 17:50:00