Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bakıda IX Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək

Bakı, 12 iyun, AZƏRTAC
İyunun 28-də Bakıda IX Azərbaycan Beynəlxalq Sığorta Forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, builki mövzusu “Azərbaycanda sığorta: meyillər və imkanlar” olan forumda sığorta sahəsində son trendlər, bazarın inkişaf imkanlarının araşdırılması və işgüzar əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Forumun təşkilatçısı Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosudur.

Cəmiyyət 2019-06-12 19:29:00