Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sumqayıtda qətl törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb

Sumqayıt, 12 iyun, AZƏRTAC

İyunun 11-də saat 4 radələrində Sumqayıt şəhəri ərazisindən Cəlilabad rayon sakini Faiq Cəfərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 4-cü polis bölməsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Daxılı İşlər Nazirliyindən AZƏRTAC –a bildirilib ki, təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini S.Nadirov saxlanılıb.
Faktla əlaqədar Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Regionlar 2019-06-12 19:01:00