Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakı, 12 iyun, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – “qaynar” telefon xəttinə Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli yaşayış binasında yanğının baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.
İlkin məlumata əsasən, yaşayış binasının 6-cı, 7-ci və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

 

Hadisə 2019-06-12 18:49:00