Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ədliyyə nazirinin müavini Samuxda vətəndaşları qəbul edib

Samux, 12 iyun, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlətimizin başçısının tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyunun 12-də Ədliyyə nazirinin müavini Vilayət Zahirov Samux şəhərində, Samux rayonundan, həmçinin ətraf şəhər və rayonlardan olan vətəndaşların qəbulunu keçirib.
Qəbul zamanı ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə nazirliyin qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Regionlar 2019-06-12 18:28:00