Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Milli Meşə Proqramının ictimai dinləməsi keçiriləcək

Bakı, 12 iyun, AZƏRTAC 

Yeni meşələrin salınması, meşə ilə örtülü ərazilərin genişləndirilməsi və meşəçilik sektorunun daha aktiv fəaliyyəti üçün Milli Meşə Proqramı hazırlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi, beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış Milli Meşə Proqramının yaxın günlərdə ictimai dinləməsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov iyunun 12-də keçirilən mətbuat konfransında deyib.
“Milli Meşə Proqramının hazırlanmasında məqsəd meşə təsərrüfatlarının idarə edilməsi, hökumətin meşə siyasətini sürətli struktur dəyişiklikləri ilə reallaşdırmaq, institusional və hüquqi bazanın inkişafı üçün təhlillər aparmaq və meşələrdən əhalinin davamlı istifadəsi üçün şərait yaratmaqdan ibarətdir. Milli Meşə Proqramı 2020-2025-ci illəri əhatə edəcək”, - deyə departamentin direktoru qeyd edib.

Ekologiya 2019-06-12 17:49:00