Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sergey Markov: Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan inkişaf etmək imkanı qazandı

Moskva, 12 iyun, AZƏRTAC

Azərbaycan tarixinin ən çətin dövründə - 1990-cı illərin əvvəllərində Heydər Əliyev böyük iradə nümayiş etdirərək ölkəyə qayıtdı və müasir Azərbaycan dövlətini yaratdı.
AZƏRTAC xəbər verir ki, bu fikri rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov söyləyib. O bildirib ki, Azərbaycana ikinci qayıdışı dövründə Heydər Əliyev, ilk növbədə, xalqı azərbaycançılıq ideyası ətrafında birləşdirərək müasir Azərbaycan dövlətini yaratdı. Azərbaycan inkişaf etmək imkanı qazandı. Heydər Əliyev xalq ilə hakimiyyətin vəhdətinə nail oldu.
S.Markov deyib: “Heydər Əliyev ölkənin neft-qaz sektoruna böyük investisiyalar cəlb etməklə yanaşı, iqtisadiyyatın bu sektoruna ümummilli və dövlət nəzarətini də təmin etmişdi. Bu, əlbəttə, Heydər Əliyevin dahiyanə qərarlarının nəticəsi idi. “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının tezliklə bərpa edilməsinə şərait yaratdı”.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2019-06-12 17:42:00