Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Yunanıstan sahillərində göyərtəsində miqrantlar olan gəmi batıb

Afina, 12 iyun, AZƏRTAC
Yunanıstanın Lesbos adası yaxınlığında göyərtəsində miqrantlar olan gəmi batıb, nəticədə 7 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Yunanıstan Sahil Mühafizə Xidmətinin əməkdaşlarının səyi nəticəsində 57 sərnişin xilas edilib. Xilas olanlar xəstəxanaya yerləşdiriblər.
Gəmidə olan miqrantların tam sayı məlum deyil. Ərazidə beş xilasedici gəmi və vertolyot axtarışları davam edir. Ehtimal olunur ki, gəminin aşmasına səbəb həddən artıq yüklü olmasıdır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina

Dünya 2019-06-12 17:37:00