Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə çəkisi 65,2 faizə yüksəlib

Bakı, 12 iyun, AZƏRTAC

Yanvar-aprel aylarında ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 59,3 faizdən 65,2 faizə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər nazirinin müşaviri Xəqani Abdullayev deyib.
X.Abdullayev əlavə edib ki, topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin ümumi dövriyyədə xüsusi çəkisi 68,9 faizdən 84,2 faizə, istehsalda isə 65,3 faizdən 74,7 faizə qalxıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 42,5 faiz, istehsalda isə 29,9 faiz artıb. Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin həcmində ən yüksək artım templəri kənd təsərrüfatında (2 dəfə), ticarətdə (42,1 faiz), bank və sığortada (26,2 faiz) və sənayedə (18,6 faiz) müşahidə olunub.
Vergilər nazirinin müşaviri deyib ki, şəffaflaşma baxımından müsbət proseslərdən biri də pərakəndə ticarətdə və ictimai iaşədə əldə edilən elektron qaimə-faktura dəyərinin, müvafiq olaraq 71,3 və 43,3 faiz artması olub. Bu göstəricilər əqdlərin sənədləşməsi və rəsmiləşməsi səviyyəsinin yüksəldiyini göstərir.

İqtisadiyyat 2019-06-12 17:31:00