Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Dörd ayda ƏDV üzrə artım 13,2 faiz olub

Bakı, 12 iyun, AZƏRTAC
Cari ilin ilk 4 ayında ƏDV üzrə artım 13,2 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 22,6 faiz təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər nazirinin müşaviri Xəqani Abdullayev deyib.
O qeyd edib ki, ƏDV-yə cəlb olunan dövriyyələrin artımı həm vergi sistemindəki islahatlar, həm şəffaflaşma prosesi, həm də ümumi iqtisadi artımla bağlıdır. Aksizlər üzrə artım 32,3 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 4,2 dəfə çox təşkil edib. Mənfəət vergisi üzrə 12,2 faiz, o cümlədən qeyri-neft-qaz sektorunda 38,8 faiz artım qeydə alınıb.
Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə dövriyyələrin ən yüksək artım templəri kənd təsərrüfatında (51,5 faiz) və ticarətdə (25,1 faiz) olub. İctimai iaşənin dövriyyəsi 19,8 faiz, topdansatış ticarət dövriyyəsi 16,7 faiz, o cümlədən ƏDV-yə cəlb olunan dövriyyə 24,8 faiz artıb. Pərakəndə ticarətin dövriyyəsi isə daha yüksək templə - 37,5 faiz, o cümlədən ƏDV-yə cəlb olunan dövriyyə 38,7 faiz yüksəlib.

 

Maliyyə 2019-06-12 17:28:00