Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

® “Bakcell” gənclərin karyera və məşğulluq imkanlarını artırır

Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi “Bakcell” şirkəti Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə “Gənclər üçün Əmək Yarmarkası – 2019” tədbirinə qatılıb. 

Çoxsaylı tələbə, magistr və məzunların, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak etdiyi əmək yarmarkasının məqsədi Azərbaycan gənclərinin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir.
Əmək yarmarkası zamanı gənclərə “Bakcell” şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə ətraflı məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan “Bakcell” gənclərin təhsilinin və karyerasının inkişafına mütəmadi olaraq dəstək göstərir. Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, dövlət qurumları və digər təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük və ən innovativ şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır.

İKT 2019-06-12 17:23:00