Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rauf Məmmədov Poykovski turnirində məğlubiyyətsiz irəliləyir

Bakı, 12 iyun, AZƏRTAC

Rusiyanın Poykovski qəsəbəsində keçirilən şahmat üzrə ənənəvi Anatoli Karpov turniri davam edir.
AZƏRTAC xəbər verir ki, 12-ci dünya çempionu Anatoli Karpovun təşəbbüsü ilə təsis edilən və 2000-ci ildən keçirilən ənənəvi turnirdə ölkəmiz yığma komandamızın üzvü Rauf Məmmədov tərəfindən təmsil olunur. Altıncı turda Ukraynalı şahmatçı Anton Korobov ilə heç-heçə edən təmsilçimiz aktivinə 0,5 xal yazdırıb. Turnirdə altı turdan üç xal toplayan R.Məmmədov rusiyalı şahmatçı Dmitri Yakovenkodan 1 xal geri qalaraq 2-9-cu yerləri bölüşür.
O, altıncı tura qədər məğlubiyyətsiz irəliləyib.

İdman 2019-06-12 17:01:00