Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Levan İzoriya: Gürcüstan gələcəkdə Azərbaycan və Türkiyənin keçirdiyi təlimlərə qoşulacaq

Qəbələ, 12 iyun, AZƏRTAC 

Gürcüstan gələcəkdə Azərbaycan və Türkiyənin keçirdiyi birgə təlimlərə maksimum şəkildə qoşulacaq.
AZƏRTAC xəbər verir ki, bunu iyunun 12-də Qəbələ şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən brifinqdə Gürcüstanın Müdafiə naziri Levan İzoriya söyləyib.
Görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə etdiklərini vurğulayan L.İzoriya qeyd edib ki, bugünkü görüş xalqlarımızın təhlükəsizliyi baxımından da önəmlidir.

Ordu 2019-06-12 16:26:00