Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Niderlandlı rəssam Van Qoqun özünə sui-qəsd etdiyi silah hərraca çıxarılıb

Bakı, 12 iyun, AZƏRTAC

“AuctionArt-Rémy Le Fur” hərrac evi Van Qoqun özünə qəsd etdiyi odlu silahı satışa çıxarıb.
AZƏRTAC xəbər verir ki, tapança 1960-cı ildə bir fermer tərəfindən tapılıb.
Məşhur rəssam 1890-cı ildə Fransaya köçüb və Arthur Ravoux mehmanxanasında 5 nömrəli otaqda yaşayıb. Rəssam sənətin zirvəsinə yüksəlsə də, əqli cəhətdən böyük problemlər yaşayıb. Elə bu səbəbdən də 1890-cı il iyulun 27-də yaşadığı mehmanxananın yaxınlığında özünü tapança ilə vurub. Şahidlərin dediyinə görə, rəssam iki gündən sonra aldığı yaradan dünyasını dəyişib.

Mədəniyyət 2019-06-12 16:25:00