Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Hərbi Akademiyanın nümayəndələri Mərkəzi Elmi Kitabxanada olublar

Bakı, 12 iyun, AZƏRTAC 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) ekskursiyada olublar.
MEK-dən AZƏRTAC-a bildirilib ki, kitabxana ilə tanışlığa oxucuların qeydiyyatı bölməsindən başlayan hərbçilər sərgi salonunda “Azərbaycan Xalq Cumhuriyyəti-101”, “Heydər Əliyev-96”, “Zərifə Əliyeva-96”, “İsmayıl Şıxlı-100” və digər mövzularda nümayiş etdirilən kitablarla tanış olublar.
Ekskursiya iştirakçıları, həmçinin MEK-in diplomatik və nadir kitablar fondlarına, oxu zallarına baş çəkərək kitabxana haqqında ətraflı məlumat alıblar.

Elm və təhsil 2019-06-12 16:18:00