Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gəncədə “Mədəniyyət həftəsi” çərçivəsində növbəti tədbir

Bakı, 12 iyun, AZƏRTAC

İyunun 15-də ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından 26 il ötür. Dövlətçilik tariximizdə bu gün Milli Qurtuluş Günü kimi qeyd olunur. Bu münasibətlə iyunun 12-də Gəncə şəhərində “Mədəniyyət həftəsi” çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Mərkəzləri – Azərbaycançılıq məfkurəsinin məbədi kimi” mövzusunda Heydər Əliyev Mərkəzlərinin Elmi İşçilərinin I Ümumrespublika seminarı keçirilib.
İxtisasartırma Mərkəzindən AZƏRTAC-a bildirilib ki, seminarda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının humanitar işlər üzrə baş məsləhətçisi Yadigar Bədəlov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev, Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev, şöbə müdiri Sənan Talıbov və başqaları çıxış ediblər.
Çıxışlarda Heydər Əliyevin böyük şəxsiyyəti, Azərbaycan xalqının taleyində və tarixindəki misilsiz xidmətləri bir daha diqqətə çatdıraraq Ulu Öndərin azərbaycançılıq məfkurəsindən bəhs edilib, ədəbiyyatın və incəsənətin inkişafı üçün göstərdiyi qayğı və diqqətdən söz açılıb. Heydər Əliyevin mükəmməl və müdrik siyasətinin nəticəsi olaraq respublikamızın qazandığı uğur və müvəffəqiyyətlər, dövlətçiliyimiz yolunda misilsiz xidmətlər, elm, ədəbiyyat, incəsənətin inkişafı bir daha vurğulanıb. Heydər Əliyev Mərkəzlərinin elmi işçilərinin bu kontekstdə fəaliyyətinin danılmaz olduğu qeyd edilib. Mövzuların aktuallığını nəzərə alaraq müzakirələr aparılıb.
Sonda Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təltif olunub.
Qeyd edək ki, seminar zamanı Xalq artisti Rafael Bayramovun rəhbərliyi altında Gəncə Dövlət Kamera Orkestrinin triosu çıxış edib.

Mədəniyyət 2019-06-12 16:02:00