Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kimyaçı alimin məqaləsi nüfuzlu beynəlxalq jurnalda dərc edilib

Bakı, 12 iyun, AZƏRTAC

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı, kimya üzrə fəlsəfə doktoru Səlim Əsədovun “TlFe1-xGaxS2 bərk məhsullarında cərəyan daşınması və termoelektrik hərəkət qüvvəsi” mövzusunda məqaləsi “Clarivate Analytics” beynəlxalq bazasında referatlaşdırılmış impakt faktoru 2.728 (CA) olan “Advances in Materials Science and Engineering” jurnalında dərc olunub.
Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, məqalə TlFe1−xGaxS2 bərk məhlullarının birbaşa element sintezi ilə alınmasına həsr edilib. Müəllif müvafiq bərk məhlullarda termoelektrik xassələrinin və xüsusi elektrik keçiriciliyinin temperatur asılılıqlarını öyrənib.

Elm və təhsil 2019-06-12 15:32:00