Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Kiss” qrupu son konsertini verib

Bakı, 12 iyun, AZƏRTAC
İyunun 11-də “Kiss” rok qrupunun üzvləri Sankt-Peterburqda konsert verərkən səhnədən getmələri barədə bəyanatla çıxış ediblər.
AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, konsert zamanı öz pərəstişkarlarını görmək, onlarla şəkil çəkdirmək üçün tamaşaçılar növbəyə durublar. Bəzi fanatlar üzlərinə “Kiss” qrupun imicini əks etdirən makiyaj çəkərək onları nə dərəcədə sevdiklərini nümayiş etdiriblər.
Əlvida turunda qrupun səsləndirdiyi mahnılar 1970-1980-ci illərin arxiv kadrları ilə müşayiət edilib.

Mədəniyyət 2019-06-12 14:46:00