Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

İspaniyada keçirilən beynəlxalq konfransda Azərbaycan aliminin məruzəsi maraqla qarşılanıb

Bakı, 12 iyun, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov İspaniyanın Barselona şəhərində keçirilən “Spektroskopik ellipsometriya” mövzusunda VIII beynəlxalq konfransda iştirak edib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbirdə akademik Nazim Məmmədovun “Yeni antiferromaqnetik və klassik 3D topoloji izolyatorlarda plazma dalğalarının infraqırmızı spektroskopik ellipsometriyası və optik spektroskopiyası” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Elm və təhsil 2019-06-12 14:36:00