Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Gürcüstanda eyni gündə ardıcıl iki zəlzələ olub

Tbilisi, 12 iyun, AZƏRTAC

İyunun 12-də Gürcüstanda ardıcıl olaraq eyni bölgədə iki zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, birinci yeraltı təkanlar yerli vaxtla saat 12:44-də Samtsxe-Cavaxetiya bölgəsində, Axaltsixe rayonunun Atskuri kəndində 3,3 bal gücündə qeydə alınıb. Bir dəqiqə sonra kənddə 3,5 bal gücündə ikinci zəlzələ qeydə alınıb.
Yerli sakinlər zəlzələni hiss ediblər.
Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-06-12 14:35:00