Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xəzər Universitetində “Elm və sənət məclisi”nin 71-ci məşğələsi keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

Xəzər Universitetində ənənəvi “Elm və sənət məclisi”nin 71-ci məşğələsi keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin professoru, divan ədəbiyyatının tanınmış araşdırmaçısı Ziya Avşar haqqında məlumat verib.
Professor Ziya Avşar “Mövlananın eşk və irfan dünyası” mövzusunda elmi məruzə ilə çıxış edib.
Sonra məruzə ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı, dosent Elza Səmədova, Psixologiya departamentinin müdiri Mələk Kərimova, İngilis dili və ədəbiyyatı departamentinin müdiri Bahman Amani, türkoloq Seyfəddin Altaylı, Folklor İnstitutu Xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil, professor Şahin Mustafayev, tarixçi və tərcüməçi Şahin Fazil və digərləri çıxış ediblər.

Elm və təhsil 2019-06-12 14:31:00