Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Amerikalı kinorejissora Lümieğ qardaşları kinofestivalının mükafatı təqdim ediləcək

Bakı, 12 iyun, AZƏRTAC

Kinorejissor Frensis Ford Kopolla Fransanın Leon şəhərində oktyabrın 12-dən 20-dək keçiriləcək Lümieğ qardaşlarının kinofestivalında mükafatla təltif olunacaq.
AZƏRTAC xəbər verir ki, mərasimdə 80 yaşlı rejissorun bir neçə filmindən parçalar nümayiş ediləcək.
Lümieğ qardaşları kinofestivalı hər ilin payızında Fransanın Leon şəhərində keçirilir. Bu şəhər Ogüst və Lui Lümieğin vətəni hesab olunur.
Qeyd edək ki, Frensis Ford Kopollanın ən məşhur ekran əsərləri “Xaç atası” trilogiyası (1972, 1974, 1990), “Döyüşkən balıq” (1983) və “Söhbət” (1974) filmləri sayılır. Kopolla beşqat Oskar mükafatı, üçqat “Qızıl qlobus”, “Qran-Pri” və Kann festivalın “Qızıl palma budağı” laureatıdır.

Mədəniyyət 2019-06-12 12:52:00