Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Əfqanıstanda səhvən endirilən aviazərbə nəticəsində beş hərbçi həlak olub

Bakı, 12 iyun, AZƏRTAC

Əfqanıstanın şimal-şərqindəki Qunduz əyalətində hərbi bazaya səhvən endirilən aviasiya zərbəsi nəticəsində təhlükəsizlik qüvvələrinin ən azı beş əməkdaşı həlak olub, yeddi nəfər isə yaralanıb.
AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, İmam-Sahib qəzasında yerləşən hərbi bazaya hava zərbəsi yerli vaxtla saat 02:00-da endirilib. Bu, hökumət qüvvələrinin və onların müttəfiqlərinin əfqan hərbçiləri və dinc sakinlərin ölümü ilə nəticələnən ilk səhv zərbəsi deyil.
Əfqanıstan hakimiyyətinin rəsmi nümayəndəsi hərbi bazaya hücum edən təyyarələrin hökumət qüvvələrinə, yaxud ABŞ-ın başçılıq etdiyi koalisiyaya aid olması sualına cavab verməkdən imtina edib.

Dünya 2019-06-12 13:17:00