Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Birləşmiş Ştatların neft ehtiyatları artır

Bakı, 12 iyun, AZƏRTAC

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları çoxalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 4,85 milyon barrel artıb. Bazar proqnozları isə ehtiyatların azalacağı istiqamətində idi.
Əvvəlki həftə ABŞ-ın neft ehtiyatları artmışdı.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Dünya 2019-06-12 12:28:00