Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Zabrat avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır

Bakı, 12 iyun, AZƏRTAC

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə bu gün axşam saatlarınadək Zabrat avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd edilib ki, analoji işlər axşam saat 22:00-da iyunun 13-ü səhər saatlarınadək Azadlıq prospektində də aparılacaq.
Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-06-12 11:59:00