Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Odessada xəstəxanada baş verən yanğında ölənlərin sayı 7-yə çatıb

Odessa, 12 iyun, AZƏRTAC
Ukraynanın Odessa şəhərində psixiatrik xəstəxanada baş verən yanğın nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Onlardan biri xəstəxanada keçinib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Hazırda yanğından xəsarət alan 5 pasiyent xəstəxanada müalicə alır.
Baş verən faciə ilə bağlı iyunun 12-si Odessa vilayətində matəm elan edilib.
Qeyd edək ki, iyunun 10-da yerli vaxtla saat 21:44-də başlayan yanğın 35 dəqiqə sonra tam söndürülüb.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Odessa

Dünya 2019-06-12 11:57:00