Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kitabxana əməkdaşları qəhrəmanlarımıza həsr olunan səyyar sərgi təşkil ediblər

Bakı, 12 iyun, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Sənin qəhrəmanların - Azərbaycan” adlı səyyar sərgi təşkil edib.
AZƏRTAC xəbər verir ki, kitabxananın əməkdaşları kitabsevərlərə sərgi haqqında ətraflı məlumat verərək Azərbaycanın qəhrəman oğul və qızlarının həyat və döyüş yolunu əks etdirən kitabları təqdim ediblər.
Sərginin məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, onların kitaba, ədəbiyyata marağını artırmaq, yeni nəşr olunan əsərlərlə əhalini tanış etməkdir.
Nümayiş edilən nəşrlər müxtəlif yaş təbəqələrindən olan insanların marağına səbəb olub, kitabxanaçılar oxucuların suallarını cavablandırıblar.

 

Mədəniyyət 2019-06-12 11:39:00