Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Kəskin zəhərlənmələrin diaqnostika və müalicəsinə dair müasir yanaşmalar” regional tədris kursu keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

Mingəçevir şəhərində Azəri Toksikoloqlarının Dərnəyinin təşkil etdiyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibb Şurasının qərarı ilə təsdiqlənmiş ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Kəskin zəhərlənmələrin diaqnostika və müalicəsinə dair müasir yanaşmalar” regional tədris kursu keçirilib.
Bu barədə nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib.
Azəri Toksikoloqlarının Dərnəyinin sədri tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev “Azərbaycanda kəskin zəhərlənmələrin epidemiologiyası”, “Antidot terapiyanın əsasları”, “Zəhərli heyvanların (ilan, əqrəb, qaraqurt) zəhəri intoksikasiyalar", “Zəhərli göbələklər və bitkilər ilə intoksikasiyalar”, “Yandırıcı məhlullarla və pestisidlərlə zəhərlənmələr” mövzusunda məruzələr ilə, dərnəyin idarə heyətinin üzvü tibb üzrə fəlsəfə doktoru İnci Bağırova "Alkoqol, narkotik maddələr və halüsinogenlərlə zəhərlənmələr", “Dəm və başqa toksiki qazlar ilə zəhərlənmələr” mövzusunda məruzələr ilə çıxış ediblər.
Tədris kursunu müvəffəqiyyətlə bitirmiş, müxtəlif rayonları təmsil edən 110 həkim Davamlı Tibbi Təhsil Proqramı üzrə 7 kredit balı qazanıb.

Səhiyyə 2019-06-12 11:35:00