Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Stolüstü tennisçilərimiz Çində təlim-məşq toplanışında iştirak edəcəklər

Bakı, 12 iyun, AZƏRTAC

Stolüstü tennis üzrə yeniyetmələrdən ibarət komandamız Çində təlim-məşq toplanışında iştirak edəcək.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, təlim-məşq toplanışı iyunun 24-27-də Çində keçiriləcək beynəlxalq turnirə hazırlıq xarakteri daşıyır. Stolüstü tennisçilərimizin məşqçilər Ramil Cəfərovun və Elnur Hidayətzadənin rəhbərliyi ilə hazırlıq prosesi iyunun 12-dən 22-dək davam edəcək.

İdman 2019-06-12 11:24:00