Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Sabirabadda yol qəzasında 4 nəfər xəsarət alıb

Sabirabad, 12 iyun, Mahir Babayev, AZƏRTAC

Sabirabadda baş verən yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistral avtomobil yolunun rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sabirabad rayon sakini Səbri Heydərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə İmişli sakini Bəşir Paşayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində hər iki sürücü və sərnişinlər – İmişli sakinləri Daşqın Əliyev və Vüqar Həşimov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-06-12 11:06:00