Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Xaçmaz ziyalısı: İllər ötdükcə Qurtuluş Gününün tarixi önəmi daha aydın dərk edilir

Xaçmaz, 12 iyun, Elxan Yusifli, AZƏRTAC

Biz 90-cı illərin əvvəllərini, həmin çətin günləri yaxşı xatırlayırıq. Ulu öndər Heydər Əliyev özünəxas müdrikliklə, verdiyi əsaslandırılmış qərarlarla ölkənin parçalanması təhlükəsinin, regional separatçılığın qarşısını qətiyyətlə almağa müvəffəq oldu. Ölkədə qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu, orduda vahid komandanlıq bərqərar edildi. Onun siyasi iradəsi ilə respublikada ilk parlament seçkiləri keçirildi. Ulu Öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyamız Azərbaycanda hüquqi dövlət quruculuğu üçün bu gün də fundamental baza rolunu oynayır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı sədrinin müavini Abasyar Heydərov söyləyib.
“İllər ötdükcə, respublikamız inkişaf edib müstəqilliyini möhkəmləndirdikcə Qurtuluş Gününün tarixi önəmi daha aydın dərk olunur. Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. İyun hadisələri zamanı hətta ozamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu. Xalqın təkidli tələbi və iqtidarın çoxsaylı xahişi ilə Ulu Öndər Bakıya qayıtdı. Məhz bundan sonra asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı”, - deyə Abasyar Heydərov bildirib.

 

Regionlar 2019-06-12 11:01:00