Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Polşanın turizmdən əldə etdiyi gəlirin məbləği artıb

Varşava, 11 iyun, AZƏRTAC 

Polşanın turizmdən əldə etdiyi gəlir 6,4 faiz artaraq 16,8 milyard dollara çatıb.
AZƏRTAC xəbər verir ki, buna səbəb turistlərin Polşada bir gündən daha artıq qalmalarıdır. Ölkənin İdman və Turizm Nazirliyinin açıqlamasında bildirilir ki, məhz bir gecədən artıq qalan turistlərin xərcləri 9,6 milyard dollar təşkil edib.
Turistlərin ən çox getdikləri şəhərlər isə Varşava, Krakov, Vrotslavdır.

 

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Turizm 2019-06-11 15:05:00