Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Monqolustanın Prezidenti Xaltmaaqiyn Battulqadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaq istərdim.
Monqolustan ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsini məmnuniyyətlə vurğulayır, bütün potensial istiqamətlərdə, xüsusən ticarət və iqtisadiyyat sahələrində əməkdaşlığımızı genişləndirmək və inkişaf etdirməklə bağlı razılaşdırılmış təşəbbüslərimizin reallaşdırılması üçün Zati-alinizlə bundan sonra da birgə işləmək əzmində olduğumu bir daha təsdiqləyirəm.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayır, dost Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm.
Dərin hörmətlə,

 

Xaltmaaqiyn Battulqa
Monqolustanın Prezidenti

Məktublar 2019-06-10 16:27:00