Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə

Ülyahəzrət,

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyun 2019-cu il.

Məktublar 2019-06-07 18:05:00