×
A
A
A
Sazlamalar

Paytaxtın Babək prospektində su xəttində qəza baş verib

Bakı, 7 iyun, AZƏRTAC
Paytaxtın Babək prospekti, 56 ünvanında (maşın bazarının yaxınlığı) yolun altından keçən və “Azərsu” ASC-yə məxsus su xəttində qəza baş verib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işlərinə başlanılır.
Sürücülərdən həmin ərazidə diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tikinti̇ 2019-06-07 16:43:00