Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Z.Ə.Həsənovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə Zakir Əsgər oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 iyun 2019-cu il.

Sərəncamlar 2019-06-05 11:32:00