Azərbaycan məscidlərində bayram namazı qılınıb VİDEO
Bakı, 5 iyun, AZƏRTAC
Müqəddəs Ramazan bayramı ilə əlaqədar bu gün səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.
AZƏRTAC xəbər verir ki, bayram namazında dualar edilib, Ulu Tanrıdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib.
Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.
Şeyxülislam bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib
Ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat veriblər
DQİDK sədrinin məqaləsi nüfuzlu almandilli xəbər portallarında nəşr olunub