×
A
A
A
Sazlamalar

Tural Kərimli: “İnnovasiya Festivalı” uğurla başa çatıb

Bakı, 4 iyun, Pərvanə Rəhimova, AZƏRTAC

Mayın 29-dan iyunun 4-dək Azərbaycanda ilk dəfə olaraq təşkil edilən “İnnovasiya Festivalı”nın (“İnnoFest”) yekunlarına dair mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli “İnnovasiya Festivalı”nın uğurla başa çatdığını söyləyib. “İnnoFest” çərçivəsində tədbirlər barədə məlumat verən T.Kərimli bildirib ki, tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Gənclər və İdman, Təhsil nazirlikləri, Heydər Əliyev Mərkəzi, BMT-nin İnkişaf Proqramı, ABŞ-ın Azərbaycandakı səfirliyi və “Azercell” şirkəti ilə birgə keçirilib.
“İnnoFest” çərçivəsində təşkil edilmiş tədbirlərə ümumilikdə 1500-dən çox iştirakçı qatılıb, onlardan 158-i xarici qonaqlar olub.

İKT 2019-06-04 14:33:00