Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Azərpoçt” MMC bayram günlərində də fəaliyyət göstərəcək

Bakı, 4 iyun, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC iyunun 5-i və 6-da - bayram günlərində tabeliyində olan poçt şöbələrində növbəli iş rejimi təşkil edib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, həmçinin Bakı şəhəri Səbail rayonu, Üzeyir Hacıbəyli 72-də yerləşən 1 saylı “Şəbəkə“ xidmət mərkəzi saat 9-dan 18-ə, respublika üzrə fəaliyyət göstərən digər 8 “Şəbəkə” xidmət mərkəzləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Həmin mərkəzlərə Bakı şəhərində yerləşən Xəzər rayonu, Sergey Yesenin 102, Yasamal rayonu, Hüseyn Cavid prospekti 19, Yasamal rayonu, A.M.Şərifzadə 274, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov 109, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisi, Bakı-Sumqayıt şosesi 3, Cəlilabad şəhəri Heydər Əliyev prospekti 270, Zaqatala şəhəri Heydər Əliyev prospekti 36, Sumqayıt şəhəri 4-cü mikrorayon, Heydər Əliyev 1 ünvanlarında yerləşən digər “Şəbəkə”lər isə saat 10:00-dan 17:00-dək işləyəcək.
Bayram günlərində bütün regional poçt filialları, poçt filialları və müəssisələrdə məsul növbətçilər xidmət göstərəcək. Əhaliyə bütün növ poçt xidmətlərinin göstərilməsi, xüsusilə də bayram təbriklərinin, əsgər göndərişlərinin, pul baratlarının ünvanı üzrə nəzarət-keçid müddətlərində çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.

İKT 2019-06-04 12:27:00