Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Rəsm əsərlərinin respublika satış yarmarkasına qəbulu davam edir

Bakı, 4 iyun, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə elan olunan rəssamların əsərlərinin satış sərgi yarmarkası üçün əsərlərin qəbulu davam edir.
AZƏRTAC xəbər verir ki, sənət əsərləri yarmarkada nümayiş və satış üçün münsiflər tərəfindən baxılaraq seçilir.
Qeyd edək ki, seçilmiş rəsm əsərlərin iyunun 17-dən iyulun 17-dək Bakı Expo Mərkəzidə reallaşacaq yarmarkada təqdim olunması nəzərdə tutulur.

İncəsənət 2019-06-04 11:26:00