×
A
A
A
Sazlamalar

“Art Tover” rəsm qalereyasında növbəti sərgi açılıb

Bakı, 4 iyun, AZƏRTAC
İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Arts School” rəssamlıq məktəbinin şagirdlərinin hesabat sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşib.
İyunun 5-dək davam edəcək sərgidə 20-dən çox fırça ustasının 30-dək sənət əsəri nümayiş edilir.
2010-cu ildən fəaliyyət göstərən “Art School” məktəbi “Arts Council Azerbaijan” təşkilatının nəzdində gənc rəssamların inkişafı üçün yaradılıb. Məktəbin rəhbəri Sona Quliyevadır.

İncəsənət 2019-06-04 11:10:00